“Mançester Yunayted”də yeni müqavilə

27 İyul 2019 13:50

İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı Din Hendersonla müqavilənin müddətini uzadıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. 

"Mançester Yunayted"in yetirməsi olsa da, əsas komandada heç bir rəsmi oyun keçirməyən Henderson 2016-cı ildən müxtəlif klublara icarəyə verilir. 2018-ci ildən "Şeffild Yunayted"də icarədə olan gənc qolkiper, MY ilə yeni müqavilə imzaladıqdan sonra, yenidən sözügedən kluba icarəyə verilib. O, mövsümün sonunda "qırmızı şeytanlar"ın düşərgəsinə qayıtmalıdı.

Milli.Az