Qəbələ və Şəmkirdə 3 tondan artıq çətənə kolu məhv edilib

26 İyul 2019 18:57

Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Nohur Qışlaq kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,5 ton olan 1100 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Mahmudlu kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 ton olan 1650 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Milli.Az