İtaliya klubu "Qarabağ"ın 500 min avroluq təklifini qəbul etmədi

26 İyul 2019 14:34

"Qarabağ" İtaliyanın "Udineze" klubunun qapıçısı Simone Skuffetin transferi üçün təklif yollayıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Ağdam klubu 23 yaşlı qolkiperi icarəyə götürmək üçün 500 min avro təklif yollayıb. "Qarabağ" italiyalı əlcək sahibini satın alma şərtiylə heyətinə qatmaq istəsə də, tərəflər anlaşmayıb.

"Udineze"nin yetirməsi olan Simone Skuffet 2013-cü ildən bu klubun əsas komandasında yer alır. Qolkiper son mövsümü Türkiyənin "Kasımpaşa" klubunda keçirib. Skuffet İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarının fomasını geyinib.

Gənc qapıçının "Udineze" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Milli.Az