Əriklə kiçik kekslər

27 İyul 2019 20:35

Ərzaqlar (12-15 keks üçün):

- 150 qr kərə yağı (ev temperaturunda)

- 1 stəkan şəkər tozu

- 1 stəkan un

- 3 yumurta

- 1 ç.q. qabartma tozu

- 3-4 ərik

Hazırlanması:

Milli.Az evdarliq.az-a istinadən bildirir ki, yumşaq kərə yağını şəkər tozu yaxşı çalın. Bir-bir yumurta əlavə edin, hər dəfə çalın.
Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, qaşıqla ehtiyatla qarışdırın.
Ərikləri yuyun, çəyirdəkləri çıxardın, 4-6 tikəyə bölün.
Xəmiri silikon formalara qoyun (formanın 2/3 hissəsinə qədər), üzərinə ərik tikəsini qoyun.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, keksləri 15-20 dəqiqə bişirin. Kekslərin hazır olub-olmadığını diş çöpü ilə yoxlayın. Diş çöpünü keksə batırın, çöp qurudursa, keks hazırdır.
Nuş olsun!

Milli.Az