"Siyəzən" toyuqları yeni simada, yeni keyfiyyətdə!

25 İyul 2019 13:10

2018-ci ildən etibarən "Siyəzən Broyler" ASC fabriklərində yenidənqurma və bərpa işlərinə başlanılmışdır. Bunun üçün müəssisə dünyanın aparıcı şirkətlərindən olan Hollandiyanın "VDL Agrotech", "Meyn" və "Pas Reform" şirkətləri ilə müqavilə imzalamışdır. Bundan əlavə, "Siyəzən Broyler" məhsulların qablaşdırmasını da yeniləmişdir. Beləliklə, Dadlı Toyuğun keyfiyyəti daha da yüksək səviyyəyə qalxmışdır.   

Keçirilən tədbirlər nəticəsində "Siyəzən Broyler" ASC-nin kəsimxanası Azərbaycanda və Cənubi Qafqaz bölgəsində ən iri və müasir kəsimxana statusunu qazanmışdır. Dünya standartlarına uyğun qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş fabrik təyinatına görə respublikanın ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı statusunu qoruyub saxlayır. 

"Siyəzən Broyler" üçün halallıq prioritet məsələ olduğundan, müəssisə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən və JAKIM tərəfindən akkreditasiyadan keçirilmiş KASCERT-ə müraciət etmişdir. Bu təşkilat tərəfindən müəssisəyə baxış keçirilərək Halal auditlər aparılmış heç bir uyğunsuzluq aşkarlanmadığı üçün müəssisə Malayziyanın MS 1500:2009 Halal standartına uyğun olaraq sertifikatlaşdırılmışdır.

Azərbaycanın şimal şərqində yerləşən "Siyəzən Broyler" ASC 1984-cü ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə qurulmuşdur. Artıq 34 ildir ki, "Siyəzən Broyler" ASC fabriklərində bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Təbii üsulla yetişdirilən quşlar ekoloji cəhətdən saf Şollar suyu və yüksək keyfiyyətli yemlə bəslənir. 

Bakı və Sumqayıt şəhərlərini, həmçinin respublikanın bütün rayonlarını yüksək keyfiyyətli məhsulla təmin edən "Dadlı Toyuq" yeni sima, yeni keyfiyyəti ilə görüşünüzə hazırdır.