XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında növbəti medalçılar müəyyənləşib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qadın gimnastların komanda yarışlarında Rusiya millisi birinci olub. Rumıniya yığması yarışı ikinci, Böyük Britaniya isə üçüncü pillədə qərarlaşıb
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar.
Milli.Az