Dmitri Medvedev: “İranda nəsə baş versə, əhali Azərbaycana keçəcək”
12 Aprel 2010 18:47
Milli.Az xəbər portalı RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Dmitri Medvedev Amerikanın "ABC News" telekanalına müsahibəsində deyib. Onun fikrincə, İranda nəsə baş versə, əhali ölkəni axınla tərk etməyə başlayacaq: "İranda çoxsaylı millətlər yaşayır. Bu adamlar hara gedəcəklər? Onlar bizim ölkəmizlə sərhədlərə, Azərbaycana gedəcəklər. İranda Azərbaycan kökənli çoxlu adam var".
Dmitri Medvedev müsahibəsində İsraili İrana qarşı hərbi hərəkətlərdən çəkinməyə çağırıb. Onun fikrincə, belə hərəkətlər nüvə silahından istifadəyə və qlobal fəlakətə səbəb ola bilər: "Bu, hadisələrin ən pis istiqamədə inkişafı olardı. Çünki əvvəla, istənilən müharibə insan tələfatı deməkdir. İkincisi, Yaxın Şərqdə müharibənin nə demək olduğunu hamı başa düşməlidir. Orada hər şey bir-birinə o qədər yaxın, əlaqəlidir ki, heç kim müharibədən kənarda qalmayacaq".
Milli.Az