Rəşadla Mahir arasında maraqlı dialoq - "Keçmişini unutma" - FOTO

24 İyul 2019 15:01

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov dünən özünün rəsmi İnstagram səhifəsində 2009-cu ildə Avropa Liqasının ikinci təsnifat mərhələsində "Rusenborq"la oyunda (1:0) vurduğu qolun videosunu paylaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, həmin qolun 10 illiyi münasibəti ilə edilən paylaşım ilk əvvəl "Qarabağ"ın başqa bir futbolçusu Mahir Əmrəlini yazdığı şərhlə diqqət çəkib.

Mahir "Bu qolu yaxşı xatırlayıram. Həmin matçda top daşıyırdım" mesajını yazıb. Rəşad Sadıqovun cavabı da maraqlı olub. O, Mahirə "keçmişini unutma" replikasını atıb.

Milli.Az