"Əliabbas" 25 il sonra... - FOTO

24 İyul 2019 13:22

Aktyor İlham Qasımov sosial şəbəkədə maraqlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 25 il əvvəl çəkildiyi "Yuxu" filmindəki motosikletinə yenidən minib.

Qasımov üzərində "Əliabbasa azadlıq" yazılan motosikletlə fotosuna "Elə bu günlərdə çəkiliş gedirdi , düz 25 il əvvəl" sözlərini yazıb.

Qeyd edək ki, "Yuxu" filmində mərhum Xalq artistləri Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri, Zərnigar Ağakişiyeva rol alıblar.

Milli.Az