İranda sel: 2 nəfər həlak oldu

24 İyul 2019 13:00

İranın üç vilayətində, Sistan və Bəluçestan, Fars və Hörmüzqan vilayətlərində 9 gün ərzində sel və daşqınlar nəticəsində 2 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, bu müddətdə 32 şəhər və kənddə 2 min nəfərə yardım edilib.

72 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Xilasetmə əməliyyatı davam edir.

Milli.Az