Fərqli pomidor şorbası - RESEPT

24 İyul 2019 23:34

Süfrəmizdə fərqli yeməklər, fərli dadların olması müsbət haldır. Bu dəfə sizə dünya mətbəxindən əsl yay  şorbasını təqdim edəcəyik. 

Ağır yeməklərdən əvvəl şorba içmək zəruridir. Milli.Az medicina.az-a istinadən pomidor şorbasının hazırlanma qaydasını təqdim edir.

Yüksək lifli pomidor şorbası C vitamini qaynağıdır. Kasalarda isti və soyuq olaraq süfrəyə verilir.
 
Lazım olanlar: 
• 1 qaşıq un 
• 3 pomidor 
• Bir qaşıq kərə yağı 
• İki qaşıq duru yağ 
• 1 su stəkanı süd 
• Yarım qaşıq tomat 
• Qədərində su
  
Üzəri üçün: rəndələnmiş Holland pendiri Hazırlanma qaydası
  
Tavaya duru və kərə yağını əlavə edin. Unu töküb qatı hal alana kimi qarışdırın. Süd əlavə edib yumşaldın, krem halına gələnə kimi südü əlavə edib bişirin. Ardınca sürtgəcdən keçkrilmiş pomidorlarlı qatın. Bundan sonra tomatı su ilə qarışdırıb qazanın içinə tökün. Bütün qatqılar yaxşıca bir-birinə qarışana kimi həll edin. Daha sonra duz və ilıq su əlavə edin. Qaynadıqdan sonra pomidorun çəyirdəklərindən qurtulmaq üçün süzgəcdən keçirin.

Hazır olan şorbanı kasalara çəkib, üzərinə holland pendiri rəndələyib, süfrəyə təqdim edə bilərsiniz.  Şorbanı, suxari və ya qızardılmış çörəklərlə yemək olar.

Milli.Az