"Bavariya" "Milan"ı məğlub etdi - VİDEO

24 İyul 2019 12:22

ABŞ-da təşkil edilən Beynəlxalq Çempionlar kubokunda növbəti oyunlar keçirilib.

Milli.Az xəbər verir ki, Almaniyanın "Bavariya" və İtaliyanın "Milan" klubları üz-üzə gəliblər. Qarşılaşmanın taleyini bir qol həll edib. 45-ci qəqiqədə Leon Qoretzkonun vurduğu qol Münhen təmsilçisinə minimal hesablı qələbə qazandırıb.

"Milan" - "Bavariya" 0:1

Qol: Leon Qoretzko, 45

Milli.Az