“EYOF Bakı 2019”: Məryəm yarımfinalda

24 İyul 2019 11:32

İyulun 24-də Azərbaycan atleti Məryəm Şeyxəlizadəxangah "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarının yarımfinalına vəsiqə qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında 1 dəqiqə 2,11 saniyə nəticə göstərərək növbəti mərhələyə adlayan 16 idmançı siyahısında yer almağı bacarıb.

Qadınlar arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının yarımfinal mərhələsi axşam sessiyasında keçiriləcək.

Milli.Az