Ziya Bünyadov prospektində qəza - Yolda tıxac yarandı - FOTO

24 İyul 2019 11:16

Bakının əsas prospektlərinin birində qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

"Koroğlu" metro stansiyası istiqamətində Əhməd Rəcəbli küçəsinin kəsişməsində baş verən qəza yolda avtomobillərin hərəkətində problemlər yaradıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qəza səbəbindən hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.

Milli.Az