Həm fəhlə, həm model - FOTO

24 İyul 2019 09:34

İngiltərədə keçirilən "Miss England" gözəllik müsabiqəsinin finalçısı olan 19 yaşlı cazibədar modelin hansı işlə məşğul olduğunu eşidənlər təəccübləniblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Elli Riisin modellik etməmişdən öncə ağır sənayedə çalışdığı ortaya çıxıb. Belə ki, o, bildirib ki, atasına aid olan zavodda fəhlələrlə bir yerdə işləyir. O, ağır yük qaldıran avtomobil idarə edir.

Model açıqlamasında bildirib ki, uşaqlıqdan avtomobil həvəskarı olduğundan özü üçün bu sənəti sevə-sevə  seçib. Bundan başqa o, "qadınlar ağır sənayedə işləyə bilməz" stereotipini dağıtmaq istədiyini deyib.

Aktiv sosial şəbəkə istifadəçisi olan model bu haqda mütəmadi paylaşımlar edir.

Bu da cazibədar modelin fotoları:

Milli.Az