Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə edib

24 İyul 2019 08:37

ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan senat üzvləri ilə Rusiyadan S-400 raket sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Ağ Ev məlumat yayıb.

Məlumatda deyilir: "Bu görüş Rusiyadan raket kompleksləri alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb. Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.

Milli.Az