“Bakı 2015”də iştirak edən boksçu öldü - döyüşdən sonra

23 İyul 2019 23:54

Rusiyalı boksçu Maksim Dadaşav döyüşdən sonra həyatını itirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ABŞ-da Sabriel Matiasla qarşılaşmada başından ciddi zərbələr alan 28 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.

O, 11-ci raundda görüşü dayandırmalı olub. Halı pisləşən boksçu xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticə verməyib.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.

Milli.Az