Türkiyənin Ardahan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ardahan-Qars yolunda baş vermiş qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralananlardan 3 nəfərin Azərbaycan vətəndaşı, 5 nəfərin isə Türkiyə vətəndaşı olduğu bildirilir.
Yaralananlar Anaverdi Bağırova, Sevda Bağırova və Asiya Bağırovanın hazırda səhhətləri normal qiymətləndirilir.
Milli.Az