"Mançester Yunayted" "Sportinq"in futbolçusunu alır

23 İyul 2019 19:30

"Mançester Yunayted" daha bir futbolçunu transfer etməyə hazırlaşır.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərəyə köçmək üzrədi.

Premyer Liqa təmsilçisi 25 yaşlı oyunçunun keçidi üçün "Sportinq"lə danışığa başlayıb. Portuqaliya millisinin üzvü də bu transferdə maraqlıdır. O, klubundan keçidə razılıq verməyi xahiş edib.

Qeyd edək ki, Bruno Fernandes "Sportiq"ə 2017-ci ildə "Sampdoriya"dan keçib.

Milli.Az