İki dəfə ailəsi dağılan Rəvan Qarayev: Ona görə ayrılmışıq - FOTO

23 İyul 2019 15:14

Hər bir şeyin başında dostluq dayanır. Əgər sən sevdiyin xanımla, kişiylə dost ola bilməsən, sən heç vaxt sevgili ola bilməzsən. Çünki güvənməlisən. Bugünkü gündə bu ayrılıqlar, bu boşanmalar nəyin ucbatından olur?! Müvəqqəti şəhvani, ehtiras hisslərə qapanırlar, elə bilirlər ki, sevirlər, evlənirlər. Amma, əslində, birinci bir-biri ilə dost olmalıdırlar.

Milli.Az xəbər verir ki, bunu 12 illik fasilədən sonra yenidən efirlərə qayıdan meyxanaçı Aqşin Fateh "Hər şey daxil"də deyib.  

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) meyxanaçının sözünün ardınca digər qonağı Rəvan Qarayevə üzünü tutub:

"Sənə aiddir e bu sözlər, Rəvan. İki dəfə ailə qurmusan, demək, sevməmisən, ayrılmısınız".

Müğənni Tolikin ifadəsinə "Demək aramızda dostluq olmayıb. Ona görə də ayrılmışıq" cavabı ilə reaksiya verib.

Qeyd edək ki, Rəvan ikinci həyat yoldaşı Günaydan 2017-ci ildə ayrılıb. İfaçının ilk evliliyindən 1, ikincidən də 1 qız övladı var. Müğənni boşanandan sonra daha heç vaxt evlənməyəcəyini söyləmişdi.

Məhəmməd Vaqif
Milli.Az