Portuqaliyada meşə yanğınları: 39 nəfər xəsarət alıb

23 İyul 2019 15:32

Portuqliyanın mərkəzi hissəsində meşə yanğınları davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, artıq 49 nəfər yanğınlar səbəbindən xəsarət alıb.

Qeyd edək ki, meşə yanğınları Portuqaliyada şənbə günü başlayıb, onun 8,5 hektar ərazini əhatə etdiyi bildirilir. Yanğının qarşısının 90 faiz alındığı qeyd edilir.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır və bunda insan əli olduğu istisna edilmir. Yerli polis hətta yanğında şübhəli olan şəxsin saxlandığı barədə məlumat verib.

Milli.Az