"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - Vin Dizel hönkürdü - FOTO

23 İyul 2019 14:28

"Fast & Furious 9" ( Forsaj 9 ) filminin çəkilişləri zamanı bədbəxt hadisə baş verib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, məşhur aktyor Vin Dizelin dublyoru 10 metr hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb.

Kabelin qopması nəticəsində 10 metr yüksəklikdən yerə çırpılan dublyor dərhal "Royal London Hospital"a çatdırılıb. O, kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.

Hadisə İngiltərədə, "Warner Bros" studiyasında baş verib. Filmdə Dominic Toretto obrazını canlandıran aktyor hadisənin təsirindən şoka düşdüyünü söyləyib və gözyaşlarına hakim ola bilməyib.

Hadisə baş verən zaman çəkilişlər qısa müddətlik dayandırılıb.

Qeyd edək ki, avqust ayının 1-də filmin premyerası olacaq.

İsmayıl
Milli.Az