3 ay əvvəl açılışı olan parkın hazırkı vəziyyəti - FOTO

23 İyul 2019 14:24

Sosial şəbəkədə aprelin 18-də istifadəyə verilən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkının baxımsız olması barədə şəkillər paylaşılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən parkın yenidənqurmadan sonra aprelin 28-də  açılışı olub.

Ancaq yenilənən parkın hazırda baxımsız halda olması vurğulanır. Bildirilir ki, ərazidə güllər ayaqlanıb, yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb.

Məsələ ilə bağlı qafqazinfo Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edib. İH-nin məsul işçisi Bərxudar Bərxudarov bildirib ki, park sakinlərin istifadəsindədir: "Orada hər bir şərait yaradılıb ki, sakinlər rahat istirahət etsinlər. Park baxımsız vəziyyətdə deyil. Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları parka qulluq edir, ağacları mütəmadi olaraq sulayır".

Milli.Az