Ulduz futbolçunun ölkəyə girişi qadağan edilə bilər

23 İyul 2019 14:01

"Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrezin Misirə girişi qadağan edilə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun Afrika Kubokunun finalındakı davranışıdı.

Belə ki, mükafatlandırma mərasimində fəxri kürsüyə qalxan Əlcəzair millisinin kapitanı FIFA prezidenti Canni İnfantino ilə görüşsə də, Misirin baş naziri Mustafa Madbuli və idman naziri Əşrəf Sobhinə görməzlikdən gəlib. Bu davranışına görə, ulduz futbolçunun Misirə girişi qadağan edilə bilər.

Qeyd edək ki, finalda Seneqal üzərində 1:0 hesablı qələbə qazanan Əlcəzair Afrika Kubokunun qalibi olub.

Milli.Az