ABŞ təyyarəsi Venesuela sərhədində - Qırıcılar havaya qaldırıldı

23 İyul 2019 14:33

Venesuela Hərbi Hava Qüvvələri ölkənin hava sərhədini pozan ABŞ-ın kəşfiyyat təyyarəsini əngəlləyib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin köməkçisi Corc Rodriqez məlumat verib.

Məlumata görə, ABŞ-a məxsus "Lockhedd EP-3" model kəşfiyyat təyyarəsi Karib dənizi üzərindən Venesuela hava sərhədlərini pozmağa cəhd edib.

Venesuelaya məxsus "SU-30" qırıcılar dərhal havaya qaldırılıb və ABŞ-a aid təyyarə ərazidən uzaqlaşdırılıb.

Milli.Az