Ağdamın işğalı günündə açıq-saçıq FOTOsunu paylaşan Tünzaləyə SƏRT İRAD

23 İyul 2019 10:32

Əməkdar artist Tünzalə Ağayeva dekolteli geyimdə "fit" görünüşü ilə yenidən diqqət çəkib.

Milli.Az xəbər verir ki, Tünzalənin gecə saatlarında etdiyi bu paylaşım birmənalı qarşılanmayıb. 

Müğənninin təqibçilərindən biri onun bu paylaşımına "Arabir də Ağdamın işğal günü olduğunu qeyd etsəydiniz yaxşı olardı" şərhi ilə iradını bildirib.

Xatırladaq ki, bu gün Ağdam rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür (1993-cü il 23 iyul).

Məhəmməd Vaqif
Milli.Az