Ziya Bünyadov prospektində qəza: yolda tıxac yarandı - FOTO

23 İyul 2019 10:14

Bakının əsas prospektlərindən birində qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl Ziya Bünyadov prospektində (Çermet körpüsünə çıxışda) qeydə alınıb. "Hyundai" və "Mercedes" markalı avtomobillər arasında baş vermiş qəza yolda sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentlyindən (BNA) verilən məlumata görə, qəza səbəbindən "20 Yanvar" dairəsi istiqamətində yolda tıxac yaranıb.

Milli.Az