Evdə bikiniylə gəzirsən, dənizdə paltarla çimirsən - Ebrunu lağa qoydular - VİDEO

23 İyul 2019 18:34

Türkiyənin məşhur müğənnisi Ebru Polatyeni videosunu izləyiciləri ilə bölüşüb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, dostları ilə lüks yaxtada əylənən müğənni paltarla dənizə tullanıb. İfaçı əyləncəli videosunu "İnstagram" hesabından izləyicilərinin ixtiyarına buraxıb.

O, videosunu belə şərh edib:

"Müğənnilər adətən dənizə, gizlin yerlərdə, paltarla girir".

Ebrunun videosu qısa müddət ərzində yüz minlərlə insan tərəfindən bəyənilib. İzləyicilərindən biri isə ifaçını lağa qoyaraq qeyd edib:

"Evdə bikini ilə gəzirsən, dənizdə paltarla çimirsən".

Milli.Az