Fransada aviaşirkət tətil elan edib
29 Oktyabr 2011 21:38
Anspress xəbər verir ki, bu gün Fransada "Air France" aviaşirkətinin işçiləri tətil elan edib. Aviaşirkət bu gün 10 beynəlxalq reysi təxirə salıb.
Belə ki, Parisdən Əbu-Dabi, Nyu York, Los Anceles, Monreal və Tokioya uçuşlar reallaşmayıb. Həmiçinin Fransa daxilində uçuşların 20 faizi təxirə salınıb.
Qeyd edək ki, tətili aviaşirkətin bort personalı elan edib. Onlar aviaşirkət rəhbərliyinin iş yerlərinin ixtisara salınması planına etiraz edirlər. Tətilin noyabrın 2-dək davam edəcəyi gözlənilir.
Milli.Az