"VAZ" yol kənarındakı ağaca çırpılıb

23 İyul 2019 07:55

Qazax rayonunda minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qazax rayonunun Çaylı kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az