Türamın oğlu "Borussiya"da

23 İyul 2019 07:35

Fransa millisinin və "Barselona"nın keçmiş futbolçusu Lilian Türamın oğlu Markus Türam karyerasını Almaniyada davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Almaniyanın "Borussiya" (Münhenqladbax) klubuna transfer olunub. Bundesliqa təmsilçisinin rəsmi saytı "Genqam"dan alınan futbolçu ilə 4 illik müqavilə imzalandığını açıqlayıb.
 
Qeyd edək ki, Markus 2017-ci ildən i"Genqam"da çıxış edirdi.

Milli.Az