Tədqiqatçılar alternativ metodika təqdim ediblər

24 İyul 2019 02:30

İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqatçıları alternativ metodika təqdim ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, komanda 200 nanometrdən kiçik ölçüyə malik hüceyrələrin daxili strukturuna baxmağa imkan verən CX-A adlı yeni üçölçülü mikroskop hazırlayıb. Bu qurğu iş prinsipinə görə maqnit rezonans tomoqrafiya aparatını xatırladır: müxtəlif rakurslardan bir çox şəkillər çəkərək onları vahid həcmli təsvirdə birləşdirir. Bu halda hüceyrələrdə zədələnmələr yaranmır.

Standart metodlardan fərqli olaraq, yeni yanaşma hüceyrələri canlı və sağlam saxlayır. Bu, onların uzun müddət ərzində inkişafını və ətraf mühit dəyişikliklərinə reaksiyasını izləməyə imkan verir.

Milli.Az