İstanbulda yaşayan Suriya vətəndaşları qeydiyyatı üzrə geri qaytarılır

22 İyul 2019 23:00

Türkiyənin digər şəhərlərində qeydiyyatda olub, İstanbulda yaşayan Suriya vətəndaşlarının qeydiyyatı üzrə geri qayıtmaları üçün 2019-cu il avqustun 29-a kimi vaxt verilib. Bu barədə İstanbul valiliyindən məlumat verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumatda rəsmi sənədlərə görə hazırda İstanbulda 1 milyon 69 min 860 xarici vətəndaşın qeydiyyatda olduğu bildirilir. Onlardan 547 min 479-u Suriya vətəndaşıdır. Onlar müvəqqəti qoruma qeydiyyatına alınıb. Hazırda İstanbulda bu qeydiyyat növü dayandırılıb.

Bundan əlavə ölkəyə qanunsuz yollarla daxil olanların da saxlanılaraq ölkələrinə geri qaytarılması istiqamətində tədbirlər görülür.

Milli.Az