Voleybol yarışlarının birinci gününün sonuncu oyunlarında Belçika və İtaliya komandaları fərqləniblər

22 İyul 2019 22:44

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların yarışlarında birinci günə yekun vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında dördüncü oyunda Belçika və Çexiyanın qadın idmançıları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada əzmkarlıq nümayiş etdirən Belçika millisi rəqibinə 3:1 (25:23, 19:25, 25:22, 25:16) hesabı ilə qalib gəlib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə günün sonuncu qarşılaşması Almaniya və İtaliya yığmaları arasında oynanılıb. Matçda İtaliya təmsilçiləri daha yaxşı oynayaraq 3:0 (25:20, 25:13, 25:20) hesablı qələbə qazanıblar.

Milli.Az