Avropa üçün böyük təhlükə

22 İyul 2019 23:15

Dunay çayı daha çox antibiotiklərlə çirkləndirilmiş hesab edilir. Bu da çayın sahillərində dincələn turistlərin sağlamlığı üçün təhlükə mənbəyidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qənaətə 72 ölkənin çaylarında tədqiqat aparan və 711 su nümunəsi götürən Helsinki alimləri gəliblər. Alimlərin məruzəsində deyilir ki, Dunay çayının Avstriya hissəsində müxtəlif növ antibiotiklərin, o cümlədən sətəlcəm və bronxitə qarşı istifadə edilən klaritromitsinin olması müəyyən edilib. Kimyəvi maddələrin qatılığı yol verilən həddi dörd dəfə üstələyib. Tədqiqatda bildirilir ki, bu maddələr çayların yaxınlığında çirkab sularının tam təmizlənməməsi səbəbindən sututarlara düşür. Təkcə Avropada çayların 8 faizində, o cümlədən Dunayda antibiotiklərin təhlükəsiz səviyyəsi yol verilən həddi aşıb.

Milli.Az