İstanbulda külli miqdarda saxta dollar ələ keçirilib

22 İyul 2019 22:49

İstanbul Təhlükəsizlik İdarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən aparılan növbəti əməliyyat nəticəsində 271 milyon 150 min saxta dollar ələ keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, saxta pullar bir cinayətkar dəstə tərəfindən dövriyyəyə buraxılarkən ələ keçirilib.

Faktla bağlı beş nəfər saxlanılıb. Saxlanılanların arasında FETÖ terror təşkilatının əməkdaşının da olduğu bildirilir.

Milli.Az