ÖLKƏ ŞOKDA: 1 gündə 32 nəfəri ildırım vurub öldürdü

22 İyul 2019 22:30

Hindistanda şimşək can alıb.

Milli.Az xəbər verir ki, Uttar Pradeş vilayətinin 10 fərqli bölgəsinə düşən ildırım nəticəsində 32 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Press Trust of India"nın (PTI) xəbərinə görə, əyalətin rəsmisi Yoqi Adityanat ölənlərin yaxınlarına 400 min rupi (10 000 manat) kompensasiya veriləcəyini deyib. (publika.az)

Milli.Az