5 otaqlı ev külə döndü

22 İyul 2019 19:52

Hacıqabul rayonunun Abdulabad kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az