Somalidə aeroport yolunda PARTLAYIŞ: 10 ölü

22 İyul 2019 19:48

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın aeroporta gedən şose yolda yerləşən nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.

Məlumata görə, hadisə partlayıcı qurğu yerləşdirilmiş avtomobildə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.

Milli.Az