İlkin ilk dəfə 7 aylıq qızının üzünü göstərdi

22 İyul 2019 19:00

Aktyor İlkin Misgərli ilk dəfə ikinci övladı ilə fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor 7 aylıq Nurayı ilə şəklini İnstaqram-ında yerləşdirib. Fotoda həmçinin İlkinin böyük qızı Zeynəb də yer alıb.

Misgərli ailəsi ilə Səlyana yollandığını vurğulayıb.

Qeyd edək ki, ilkinin Nurayı ötən ilin dekabrında dünyaya gəlib.

Milli.Az