Daha bir qızıl qazandıq

22 İyul 2019 17:26

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 48 kq çəkidə yarışan idmançı həlledici görüşdə Xviça Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.

Qarşılaşmada qalib gələn Azərbaycan təmsilçisi qızıl medal əldə edib.

Bu gün Azərbaycanın daha 4 güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Milli.Az