"Qadın ərindən başqasını sevməməlidir"

22 İyul 2019 19:10

Qadın həyat yoldaşı və övladlarından başqa heç kimi sevməməlidir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "X maqazin"ə açıqlamasında deyib. Dünyasını dəyişən həyat yoldaşından bəhs edən müğənni onla bağlı yuxularından danışıb:

"Öləndən üç gün sonra yuxuma girdi. Üşüyürdü, corablarımı çıxarıb geyindi və getdi. Corab da darlıqdır. Dedilər ki, bütün ağırlığını götürüb, özü ilə aparıb".

Milli.Az