"X maqazin" şou-biznes nümayəndələri arasında sorğu apararaq, onlardan yay istirahətinə xərclədikləri məbləği soruşub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənnilər "10 günlük istirahətə nə qədər pul xərclənir" sualına müxtəlif cavablar veriblər. Çoxları isə xərclədiyi məbləği açıqlamaqdan çəkinib.
Rüfət Axundov isə "İki nəfər 5 min manata gedib beşulduzlu oteldə dincələ bilər. Hər şey daxil xidməti ilə... Azərbaycanda isə bir gün 250-300 manata gəlib çıxır" sözlərini söyləyib.
Aynur Dadaşova isə dincəlməyə vaxt tapmadığını söyləyib:
"Azərbaycanda gedib yaxşı oteldə 10 gün dincəlməyə 10 min manat lazımdır".
Rəvan Qarayev isə Türkiyədə bu yaxınlarda təkcə gəzmək üçün 1500 manat xərclədiyini bildirib:
"Buna otel, yemək daxil deyildi. Amma belə tək gedəndə 5-6 min xərcləyirəm".
Günay İbrahimli isə hər zaman istirahətin ona baha başa gəldiyindən gileylənib:
"Ötən il getdiyim istirahətdə 8 günə 10 min dollar xərclədim. Əvvəldən bilet ala bilmirəm, işlərimə görə alınmır. Gəzintiyə 2-3 gün qalmış bilet aldığım üçün baha olur".
Dilarə Kazımova isə çox pul xərclədiyini etiraf edib:
"Maldiv bahadır, 4 mindən çox xərclədim. Çox vaxt isə xaricdə dostlarımın evində qalıram".
Tarix Əliyev isə çox az pulla dincəldiyini söyləyib:
"Çox pul xərcləyən deyiləm. 200 dollarla 1 həftə qala bilərəm. Gedib günümü dönərlə yola verərəm".
Milli.Az