Sun Tao: "Çin ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir"

22 İyul 2019 17:25

Çin ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfransda deyib.

O qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səfərlər münasibətlərin inkişafına mühüm təsir götərir: "Biz Çin ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirmək istəyirik".

Sun Tao vurğulayıb ki, Çin son illərdə xeyli inkişaf edərək dünya bazarında mühüm bir paya malik olub.

Milli.Az