Bakıda qəza: əsas yollardan birində tıxac yarandı - FOTO

22 İyul 2019 16:40

Bakıda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza Abdülvahab Salamzadə küçəsində qeydə alınıb. Üzü Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan "Lada" markalı avtomobil öndə olan 90-VM-129 dövlət nömrəli "Hyundai" markalı avtomobilə çırpılıb.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza səbəbindən adıçəkilən ərazidə tıxac yaranıb.

Milli.Az