Çempionlar Liqasında 3-cü mərhələnin püşkü atıldı

22 İyul 2019 15:55

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, son Çempionlar Liqasında uğurlu çıxışı ilə hər kəsi təəccübləndirən "Ayaks" bu mərhələdə PAOK ilə qarşılaşacaq.

Azərbaycan çempionu "Qarabağ" isə 2-ci mərhələni adlasa, APOEL (Nikosiya, Kipr) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi ÇFR (Kluj, Rumıniya)/Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi - Seltik (Şotlandiya)/Nımme Kalyu (Estoniya) cütünün qalibi Sutyeska (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi - Dandalk (İrlandiya)/Qarabağ (Azərbaycan) cütünün qalibi PAOK (Yunanıstan) - Ayaks (Hollandiya) Saburtalo (Gürcüstan)/Dinamo (Xorvatiya) cütünün qalibi - Ferensvaroş (Macarıstan)/Valletta (Malta) cütünün qalibi Srvena Zvezda (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/Kopenhagen (Danimarka) cütünün qalibi Maribor (Sloveniya)/AİK (İsveç) cütünün qalibi - BATE (Belarus)/Rusenborq (Norveç) cütünün qalibi Başakşəhər (Türkiyə) - Viktoriya (Çexiya)/Olimpiakos (Yunanıstan) cütünün qalibi Krasnodar (Rusiya) - Portu (Portuqaliya) Brügge (Belçika) - Dinamo (Kiyev, Ukrayna) PSV (Hollandiya)/Bazel (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)

Milli.Az