İtaliyada dəmir yolunda hərəkət iflic oldu: elektrovoz yanıb

22 İyul 2019 14:15

İtaliyanın Milan-Neapol dəmir yolunda qatarların hərəkətində problem yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, problem Florensiya yaxınlığında elektrovozda baş vermiş yanğınla əlaqədardır. Hazırda qatarların hərəkətində ləngimələr qeydə alınır.

"İtaliya Dövlət Dəmir Yolları" faktı təsdiqləyib.

İnsidentin fəsadlarının aradan qaldırılması istiqamətində operativ iş aparılır.

Milli.Az