Bakıda polis kapitanı qəza törətdi: 2 nəfər yaralandı

22 İyul 2019 13:52

Bakıda polis əməkdaşı qəza törədib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində baş verib. Xətai RPİ 37-ci Polis Bölməsinin təhqiqatçısı, kapitan Mirsoltan Sarıyev idarə etdiyi 10 ON 272 nömrəli "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək yolun əks istiqamətinə çıxıb və orada Şahmar Məmmədovun sürdüyü "Renault" markalı maşınla toqquşub.

Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Polis M.Sarıyev DİN-in hospitalına, digər sürücü Ş.Məmmədov isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Milli.Az