Komediya aktyoru səhnədə öldü, tamaşaçılar şou bilib, alqışladılar - FOTO

22 İyul 2019 12:21

Komediya aktyoru səhnədə dünyasını dəyişib.

Milli.Az India Today-a istinadla xəbər verir ki, Hindistan əsilli komediya aktyoru Manjunath Naidu Dubayda səhnədə standap şousu göstərən zaman ölüb.

Halı pisləşən aktyor yerə yıxılıb. Tamaşaçılar onun yıxılmağını şounun bir hissəsi zənn edərək 3 dəqiqədən çox alqışlayıblar.

36 yaşlı aktyorun ürəktutmasından vəfat etdiyi deyilir. Hadisə 2 gün əvvəl, cümə günü baş verib.

Khaleej Times yazır ki, valideynləri barədə standap edən aktyor sonradan çox yorulması barədə danışıb və bir neçə dəqiqə sonra yıxılaraq ölüb. Tamaşaçılar onun yıxılmağını ciddi qəbul etməsələr də, sonradan öldüyünü öyrənəndə dəhşətə gəliblər.

Qeyd edək ki, Manjunath Naidu Əbu-Dabidə doğulub.

Bəxtiyar Umarlı
Milli.Az