Sevgilisiylə danışdı, özünü asdı - Xaçmazdakı HADİSƏNİN TƏFƏRRÜATI - VİDEO

22 İyul 2019 13:29

Xaçmazda sevdiyi qıza görə özünü asan Mahir Səfərov adlı 24 yaşlı gəncin intihar etməsinin təfərrüatı məlum olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Mərəcan kəndində baş verib. Səhər saatlarında birdən evdən səs-küy gəlib. Mahirin özünə qəsd edəcəyini ailəyə sevdiyi qız deyib.

O, əvvəlcə sevgilisiylə telefonla danışıb və ona özünə qəsd edəcəyini bildirib. Sevgilisi bu barədə dərhal Səfərovun ailəsinə məlumat verib.

Milli.Az